AMB-nin xalis xarici aktivləri sentyabrda 5,7% azalıb

AMB-nin xalis xarici aktivləri sentyabrda 5,7% azalıb
# 28 oktyabr 2020 11:11 (UTC +04:00)

Bu ilin oktyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) xalis xarici aktivləri 15 839,9 mln. manat təşkil edib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 357,5 mln. manat və ya 7,9% azalıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, Mərkəzi Bankın xalis xarici aktivləri son bir ayda 950,8 mln. manat və ya 5,7% azalıb.

2020-ci oktyabrın 1-nə AMB-nin xalis daxili aktivləri isə son bir ayda 810,7 mln. manat və ya 8% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 590,1 mln. manat və ya 17% artaraq 10 943,4 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR