AMB sədri: “2021-ci ilin dövlət büdcəsi dünyada iqtisadi aktivliyin qeyri-müəyyən olduğu şəraitdə proqnozlaşdırılır”

AMB sədri: “2021-ci ilin dövlət büdcəsi dünyada iqtisadi aktivliyin qeyri-müəyyən olduğu şəraitdə proqnozlaşdırılır”
# 23 dekabr 2020 12:52 (UTC +04:00)

“Bütövlükdə sosial-iqtisadi inkişaf proqnozlarına görə manatın məzənnəsinin sabitliyi mühüm şərtlərindəndir ”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Sədr bildirib ki, növbəti ildə maliyyə sabitliyinin qorunması, maliyyə sektoruna dəstək, sığorta, qiymətli kağızlar bazarının dərinləşməsi, burada olan problemlərin həlli istiqamətində geniş strategiya hazırlanıb: “Əmanətlərin sığortalanmasına yeni keçid də bu sabitliyin qorunmasına dəstək verəcək. 2021-ci ilin dövlət büdcəsi dünyada iqtisadi aktivliyin qeyri-müəyyən olduğu şəraitdə proqnozlaşdırılır. Pandemiya ayrı-ayrı ölkələrin iqtisadiyyatını mühüm sınaqlara çəkəcək. Bütün resurslardan səmərəli istifadə edilməsi iqtisadi artımın, rifahın yüksəldilməsi istiqamətində olduqca böyük nəticələr əldə etməyə imkan yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR