AMB sədri: "Bazarda valyuta çatışmazlığı yoxdur"

AMB sədri: "Bazarda valyuta çatışmazlığı yoxdur"
# 23 dekabr 2020 12:46 (UTC +04:00)

“Görülən tədbirlər nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin olunub”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

O bildirib ki, iqtisadi subyektlərin gəlirlərindəki itkilər Prezident İlham Əliyevin qəbul etdiyi konsepsiya əsasında qismən təmin olunub: “Ölkənin strateji valyuta ehtiyatları il ərzində sabit qalıb. Mərkəzi Bankın valyuta ehtiyatları 3%-dən çox artıb. Çox əhəmiyyətli sabitlik təmin edilib. AMB-nin valyuta ehtiyatlarının artması da onu göstərir ki, bazarda valyuta çatışmazlığı yoxdur. Biz bu ili aşağı inflyasiya ilə başa vura biləcəyik. Manatın məzənnəsinin sabitliyi bütövlükdə makroiqtisadi sabitliyin mühüm tərkib hissələrindən biridir. 2018-2020-ci illərdə iqtisadiyyatda pul təklifi 54%-dək artıb. Bütövlükdə daha uzunmüddətli dövrə baxsaq, manatla kreditlər 5,5% azalıb. Pulun çoxalması kreditlərin çoxalmasına səbəb olur. Cari ildən artıq biznes kreditlərində artım var. İqtisadi fəallığın aşağı düşməsinə baxmayaraq, maliyyə sahəsində aktivlik müşahidə edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR