AMB sədri: "Ölkədə dollarlaşmanın azalmasının əsas səbəbi bankların faiz siyasətidir"

AMB sədri: "Ölkədə dollarlaşmanın azalmasının əsas səbəbi bankların faiz siyasətidir"
# 29 yanvar 2021 15:55 (UTC +04:00)

Azərbaycanda dollarlaşmanın azalması faktının əhəmiyyətli səbəbləri var. Bunun başlıca səbəblərdən biri bankların faiz siyasətidir.

Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında "APA-Economics"in sualını cavablandıran Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, xarici valyutada depozitlər üzrə faiz dərəcələri olduqca aşağıdır və bunu həmçinin əmanətlərin mövcud sığortalanması sistemi də dəstəkləyir: "Bazarda mart ayında müəyyən təlaş başlandı, dollarlaşmanın səviyyəsi yüksəldi, lakin sonra bazar sakitləşdi və yenidən dedollarlaşma prosesi başladı".

Xatırladaq ki, 2021-ci ilin yanvarın 1-nə Azərbaycanda fiziki şəxslərin banklardaki əmanətlərinin həcmi 8 177,9 mln. manat təşkil edib və əmanətlərinin 50,8%-i xarici valyutadadır ki, bu da 2015-ci ilin yanvar ayından bəri əmanətlərinin ən aşağı dollarlaşma səviyyəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR