AMB sədri: “Post-pandemiya və post-neft dövrü qarşımızda yeni çağırışlar qoyub”

AMB sədri: “Post-pandemiya və post-neft dövrü qarşımızda yeni çağırışlar qoyub”
  • Clock-gray 12:32
  • calendar-gray 23 Dekabr 2020

“Prezidentin də qeyd etdiyi kimi, Vətən müharibəsində qələbənin əsas şərtlərindən biri son 15 ildə iqtisadiyyatın gücləndirilməsi və bunun ordu quruculuğunda təmin edilməsi olub”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Sədr bildirib ki, növbəti 5-10 il ərzində bizim üçün başlıca iqtisadi və sosial çağırışlar yüksək və dayanıqlı iqtisadiyyatın təmin edilməsi və ÜDM-in ikiqat artımının təmin olunmasıdır: “İkinci çağırış ortamüddətli dövrdə də makroiqtisadi sabitliyin qorunması və təmin olunmasıdır. Post-pandemiya və post-neft dövrü bizim qarşımızda yeni çağırışlar qoyub. Növbəti ildə büdcə xərclərinin 4%-ə qədər artması tam məntiqidir. Büdcə layihəsi azad olunmuş ərazilərdə bərpa işlərinin başlanmasını özündə ehtiva edir. Biz bunu uzun illər gözləmişik”.

Firuzə Vahid

Digər xəbərlər