AMB uçot dərəcəsini 7,5%-ə endirib

AMB uçot dərəcəsini 7,5%-ə endirib
# 13 dekabr 2019 12:03 (UTC +04:00)

Azərbaycan Respublikası Mərkəzi Bankının(AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 fazi bəndi azaldılaraq 7,75%-dən 7,50%-ə endirilməsi haqda qərar qəbul edib.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1,75%-lik diapazonda müəyyənləşdirillib. (9,25% və 5,75%).

Xatırladaq ki, AMB oktyabrın 25-də uçot dərəcəsini 0,25 faiz bəndi azaldılaraq 8,00%-dən 7,75%-ə endirib. Faiz dəhlizinin yuxarı həddi 9,50%, aşağı həddi isə 6,00% səviyyəsində idi.

Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat 2020-ci il yanvar ayının 31-də ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, bu il ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 1 fevral 2019-cu il tarixində uçot dərəcəsinin 9,75%-dən 9,25%-ə endirilməsi, 15 mart 2019-cu il tarixində uçot dərəcəsinin 9,25%-dən 9,00%-ə endirilməsi, 26 aprel 2019-cu il tarixində uçot dərəcəsinin 9,00%-dən 8,75%-ə endirilməsi, 7 iyun 2019-cu il tarixində uçot dərəcəsinin 8,75%-dən 8,50%-ə endirilməsi, 26 iyul 2019-cu il tarixində uçot dərəcəsinin 8,50%-dən 8,25%-ə endirilməsi, 13 sentyabr 2019-cu il tarixində AMB uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 8,25%-dən 8,00%-ə endirilməsi haqda qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR