AMB və "McKinsey" Azərbaycanın maliyyә sektoru üçün yeni proqram hazırlayıb

AMB və "McKinsey" Azərbaycanın maliyyә sektoru üçün yeni proqram hazırlayıb
  • Clock-gray 11:56
  • calendar-gray 29 Dekabr 2020

Azərbaycan Mərkəzi Bankı (AMB) və "McKinsey" beynəlxalq konsaltinq şirkətinin birgә hazırladığı proqram çәrçivәsindә maliyyә inklüzivliyinin dәrin diaqnostikası aparılacaq və müvafiq strategiya vә konkret fәaliyyәt planı hazırlanacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatında deyilir.

Qeyd edilir ki, maliyyә sektorunun modernizasiyası üzrә nәzәrdә tutulan iri miqyaslı tәdbirlәrin hәyata keçirilmәsi beynәlxalq әmәkdaşlıqla hazırlanmış xüsusi proqramlarla tәmin edilәcәk.

Bura Dünya Bankı ilә birgə Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (Financial Sector Assessment Program – FSAP) çәrçivәsindә Azərbaycanın kapital vә sığorta sektorlarının inkişafı üzrә beynәlxalq ekspertlәrin iştirakı ilә spesifik proqramlar da daxildir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər