AMB valyuta aktivlərindən ötən il 94 mln. dollar gəlir əldə edib

AMB valyuta aktivlərindən ötən il 94 mln. dollar gəlir əldə edib
# 15 mart 2021 10:57 (UTC +04:00)

2020-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta aktivlərinin idarə edilməsindən 93,65 mln. ABŞ dolları gəlir əldə edib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi məlumata görə, 2020-ci il ərzində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcmi 112 mln. ABŞ dolları və ya 1,8% artaraq dövrün sonuna 6,4 mlrd. ABŞ dolları təşkil edib.

Qeyd edilir ki, ötən il investisiya gəliri əldə etmək məqsədinə bank xidmət edən investisiya tranşının 90%-ni ABŞ dolları, 7%-ni avro və 3%-ni isə İngiltərə funt sterlinqində saxlanılması təmin etmişdi. Nəticədə, hesabat dövrünün sonuna rəsmi valyuta ehtiyatlarının 90%-ni ABŞ dolları, 5%-ni avro, 2%-ni İngiltərə funt sterlinqi və 3%-ni isə SDR (BVF-in xüsusi borclanma hüquqları) təşkil edib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR