AMB: Kredit kartları ilə ölkə xaricində əməliyyatların həcmi 42% azalıb

AMB: Kredit kartları ilə ölkə xaricində əməliyyatların həcmi 42% azalıb
  • Clock-gray 17:23
  • calendar-gray 04 Dekabr 2019

Azərbaycanda kredit kartları ilə ərazisində aparılan əməliyyatların həcmi bu ilin oktyabr ayı ərzində 6,6% artaraq noyabrın 1-nə 145 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu vəsaitin 122 mln. manatı və ya 84%-i ölkədaxili, 23 mln. manatı və ya 16%-i ölkəxarici əməliyyatlardır.

Ölkə daxilində həyata keçirilən əməliyyatların 44 mln. manatı bankomat, 42 mln. manatı POS-terminal vasitəsilə, 36 mln. manatı elektron ticarət üzrə həyata keçirilib.

Kredit kartları ilə məcmu əməliyyatların həcmi illik 22% azalaraq bu ilin ilk on ayı ərzində 1 279 mln. manat təşkil edib. Əməliyyatların 15% və ya 193 mln. manatı ölkə xaricində həyata keçirilib. Beləliklə də kredit kartları ilə ölkə xaricində aparılan əməliyyatların həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 42% azalma qeydə alınıb.

Qeyd edək ki, bu il noyabrın 1-nə ölkədə 758 min kredit kartı dövriyyədə olub.

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date