ARDNF fevralda valyuta satışını artırıb

ARDNF fevralda valyuta satışını artırıb
# 11 mart 2020 10:29 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən cari ilin fevral ayında satılan vəsaitin həcmi açıqlanıb.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin fevral ayı ərzində ARDNF tərəfindən 543,4 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Bu, cari ilin yanvar ayı ilə müqayisədə 81%, ötən ilin fevral ayı ilə müqayisədə isə 71,8% çoxdur.

"APA-Economics"in apardığı hesablamalara görə, bu ilin yanvar-fevral aylarında ARDNF tərəfindən 843,6 mln. dollar məbləğində vəsait satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR