ARDNF-nin aktivləri son 10 ildə 46% artıb

ARDNF-nin aktivləri son 10 ildə 46% artıb
  • Clock-gray 11:22
  • calendar-gray 25 Yanvar 2021

Son 10 il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitləri pik nöqtəsinə çataraq 43 564,3 mln. ABŞ dolları təşkil edib.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, 2011-ci ildən (29,8 mlrd. dollar) 2020-ci ilədək fondun vəsaitləri 46,2% artıb.

Məlumata əsasən, fondun investisiya portfeli üzrə gəlirliliyi 2011-ci ildən (0,83%) 2020-ci ilədək (2,82%) 3,4 dəfə artıb.

Qeyd edək ki, gəlirlilik üzrə pik göstərici 2019-cu ildə qeydə alınıb və 5,29% təşkil edib.

Xatırladaq ki, 2021-ci il yanvarın 1-ə Fondun aktivləri 2020-ci ilin əvvəlinə (43 323,3 mln. ABŞ dolları) nisbətən 0,56% artıb. Koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-nin büdcə xərclərinin büdcə gəlirlərini üstələməsinə baxmayaraq vəsaitlərin idarə edilməsindən əldə edilən və büdcədənkənar gəlirlər hesabına ARDNF-nin aktivlərinin həcmində artım baş vermişdir. Qeyd edək ki, sözügedən dövr ərzində büdcədənkənar və idarəetmə gəlirlərinin həcmi ümumilikdə 3,2 milyard ABŞ dolları təşkil edib.

Emil İsmayılov

Digər xəbərlər