ARDNF-nin investisiya portfelinin əsas hissəsi Avropanın payına düşür

ARDNF-nin investisiya portfelinin əsas hissəsi Avropanın payına düşür
# 03 may 2021 15:28 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2021-ci il 31 mart tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.

Fonddan "APA Economics"ə verilən məlumata görə, inkişaf etmiş ölkələr üzrə bu göstərici 59,47%, inkişaf etməkdə olan ölkələr üzrə – 21,7%, beynəlxalq maliyyə təşkilatları üzrə isə 5,98% təşkil edib.

Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatına (beynəlxalq maliyyə təşkilatları üzrə) dünyanın 6 regionu daxildir. Bunların sırasına Şimali Amerika (25,89%), Cənubi Amerika (0,04%), Avropa (29%), Yaxın Şərq (1,29%), Avstraliya / Yeni Zelandiya (1,14%) və Asiya / Sakit Okean (23,8%) daxildir.

Qeyd edək ki, 2021-ci ilin 31 mart tarixinə ARDNF-in investisiya portfeli 42 760,99 mln. dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR