ARDNF ötən il valyuta satışını 11%-dək artırıb

ARDNF ötən il valyuta satışını 11%-dək artırıb
# 05 yanvar 2021 12:00 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 2020-ci ilin dekabr ayı ərzində 637,74 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

"APA-Economics" bu barədə Dövlət Neft Fonduna istinadən xəbər verir.

Məlumata əsasən, dekabrda valyuta satışında noyabr ayı ilə müqayisədə 28,7% artım qeydə alınıb. Belə ki, 2020-ci ilin noyabrında ARDNF tərəfindən 495,5 mln. dollar məbləğində vəsait satılıb. Ötən ilin dekabr ayı (886,35 mln. dollar) ilə müqayisədə isə bu göstərici 28% azalıb.

Bundan başqa, ötən ilin yanvar-dekabr aylarında ARDNF tərəfindən 7 303,64 mln. dollar məbləğində vəsait satılıb ki, bu da illik ifadədə 10,8% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR