ARDNF yanvarda valyuta satışını artırıb

ARDNF yanvarda valyuta satışını artırıb
# 03 fevral 2021 11:18 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 2021-ci ilin yanvar ayı ərzində 644,9 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

"APA-Economics" bu barədə Dövlət Neft Fonduna istinadən xəbər verir.

Məlumata əsasən, yanvarda valyuta satışında ötən ilin dekabr ayı ilə müqayisədə 1,1% artım qeydə alınıb. Belə ki, 2020-ci ilin dekabrında ARDNF tərəfindən 637,74 mln. dollar məbləğində vəsait satılıb. Ötən ilin yanvar ayı (300,2 mln. dollar) ilə müqayisədə isə bu göstərici 2,2 dəfə artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR