"ASAN xidmət" və "Rabitəbank" birgə "Təhsiliniz Gələcəyimizdir" layihəsini reallaşdırıb ® - FOTO

"ASAN xidmət" və "Rabitəbank" birgə "Təhsiliniz Gələcəyimizdir" layihəsini reallaşdırıb ® - FOTO
# 01 iyun 2020 16:06 (UTC +04:00)

“ASAN xidmət” və “Rabitəbank” ASC-nin birgə təşəbbusü ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Təhsiliniz Gələcəyimizdir" layihəsi reallaşdırılıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, sosial təşəbbüsü çərçivəsində uzaqdan təhsilə uşaqlar uzaq qalmasın deyə Tərtərin Əskipara kəndinin həssas əhali qrupuna aid edilən ailələrinin üzvü olan və tədris müddətində fərqlənən şagirdlərinə notbuklar, həmçinin birillik pulsuz internet paketləri təqdim olunub.

Layihənin məqsədi COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə təşkil olunan onlayn tədris prosesinə internet imkanlarının məhdudluğu səbəbindən qoşula bilməyən şagirdlər üçün bu cür imkanları və fasiləsiz təhsili təmin etmək, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək göstərməkdir.

Bank hər kəsi sağlam təhsilli gənclərin yetişməsi üçün dəstək göstərməyə, onlar üçün təhsilin davamlılığını təmin etməyə biganə qalmamağa çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR