ASCO-nun xalis mənfəəti ötən il 30%-dək azalıb

ASCO-nun xalis mənfəəti ötən il 30%-dək azalıb
# 30 mart 2021 17:36 (UTC +04:00)

Ötən ili “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) ümumi mənfəəti 161 490 min manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 9,8% azdır.

Bu barədə “APA-Economics” ASCO-nun 2020-ci il üzrə konsolidasiya olunmuş maliyyə hesabatına istinadən xəbər verir.

Auditi “Ernst & Young Holdings (CIS) B.V.” şirkəti aparıb və müsbət rəy verib.

Hesabata əsasən, 2020-ci ildə QSC-nin gəlirləri 421 049 min manat olub ki, bu da illik müqayisədə 12,1% azdır. Bununla yanaşı, ötən il ASCO-nun satışlarının maya dəyəri 269 559 min manat təşkil edib (-10,2%).

Beləliklə, 2020-ci ilin nəticələrinə görə, QSC-nin xalis mənfəəti 45 043 min. manat təşkil edib ki, bu da illik müqayisədə 29,5% azdır.

Hesabata əsasən, 2020-ci ilin dekabrına ASCO-nun aktivləri 1 263 330 min manat olub. Bu da 2019-cu ilin 31 dekabrına olan göstərici ilə müqayisədə 4,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR