AYİB 2021-ci il üçün Azərbaycan iqtisadiyyatının prioritetlərini açıqlayıb

AYİB 2021-ci il üçün Azərbaycan iqtisadiyyatının prioritetlərini açıqlayıb
# 10 noyabr 2020 17:06 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan iqtisadiyyatının 2021-ci ildə əsas üç prioritetini müəyyənləşdirib.

"APA-Economics" banka istinadən verdiyi məlumata görə, birinci prioritet – dövlət sektorunda səmərəliyin artması üçün sözügedən sektorda idarəçilik islahatlarının davam etməsidir. AYİB-ə görə, dövlət müəssisələrinin idarə olunması üçün ictimai şirkətinin yaradılması dövlət sektorunda ən yaxşı beynəlxalq korporativ idarəetmə və idarəetmə təcrübələrini tətbiq etmək üçün bir fürsətdir.

İkinci prioritet – ölkənin maliyyə sektorunun tənzimləməsinin yenidən Mərkəzi Banka həvalə olunmasıdır. AYİB hesab edir ki, bu, islahatları gücləndirmək üçün bir fürsətdir.

"Mövcud iqtisadi tənəzzül, tənzimləmə bazası və nəzarət bank sektorundakı zəif nöqtələri bir qədər də qabardacaq. Bu çatışmazlıqların dərhal aradan qaldırılması daha sürətli iqtisadi bərpaya kömək edəcək", - bankın məlumatında deyilir.

Üçüncü prioritet isə enerji sektorunda islahatların davamını nəzərdə tutur. AYİB-ə görə, sağlam tənzimləmə bazası və institutlarla birgə inkişaf etdirilən rəqabətə dayanıqlı enerji bazarı Azərbaycan iqtisadiyyatının gələcək şoklara qarşı davamlılığını gücləndirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR