AYİB-in Azərbaycan üzrə aktiv portfeli 42% azalıb

AYİB-in Azərbaycan üzrə aktiv portfeli 42% azalıb
# 23 fevral 2021 10:00 (UTC +04:00)

2021-ci ilin yanvarın 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı aktiv portfelinin həcmi 34 layihə üzrə 1,153 mlrd. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu rəqəm bank tərəfindən göstərilən son göstərici (noyabr ayı) ilə müqayisədə 42,2% azalıb. Aktiv layihələrin sayı isə 36-dan 34-də enib.

Bu barədə "APA-Economics"ə AYİB-dən bildirilib.

Qeyd olunub ki, portfelin 79%-ni (909 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 19%-ni (223 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 2%-ni (21 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi 2,4% azalaraq 1,019 mlrd. avroya enib.

Beləliklə, AYİB bu günədək Azərbaycana 174 layihə üzrə 3,084 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 84,1%-i (2,594 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənib. Ümumi investisiyaların 21%-i özəl sektorun payına düşüb.

Xatırladaq ki, təkcə 2020-ci ildə bank Azərbaycana 6 layihə üzrə 17 mln. avro həcmində investisiya yatırıb. Ayrılan vəsaitin həcmi 2019-cu il ilə müqayisədə dəyişməyib, lakin layihələrin sayı 5-dən 6-ya yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR