AYİB-in yeni prezidenti seçilib

AYİB-in yeni prezidenti seçilib
# 08 oktyabr 2020 16:34 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İdarə Heyəti tərəfindən fransalı Odile Reno-Basso (Odile Renaud-Basso) bankın növbəti prezidenti vəzifəsinə seçilib.

"APA-Economics"in AYİB-ə istinadən verdiyi məlumata görə, hazırda Fransa Xəzinəsinin Baş direktoru vəzifəsini icra edən xanım Reno-Baso iki tam dördillik müddətini bitirdikdən sonra iyul ayında vəzifəsindən ayrılan Suma Çakrabartini əvəz edib.

Seçki bu gün AYİB-in pandemiya səbəbindən may ayında təxirə salınmış virtual iclasında keçirilib. Reno-Baso vəzifəsinin icrasına cari ilin sonuna başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR