AYİB və AMB arasında aktiv svop әmәliyyatlarının həcmi 18 mln. dolları ötüb

AYİB və AMB arasında aktiv svop әmәliyyatlarının həcmi 18 mln. dolları ötüb
# 29 dekabr 2020 11:19 (UTC +04:00)

Bu günə Azərbaycan Mərkəzi Bankı (AMB) və Avropa Yenidәnqurma vә İnkişaf Bankı (AYİB) ilә bağlanmış aktiv svop әmәliyyatlarının həcmi 18,2 mln. ABŞ dolları təşkil edir.

"APA-Economics"in məlumatına görə, bu barədə AMB-nin 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatında deyilir.

Qeyd edək ki, may ayında COVID-19 pandemiyası dövründə real sektorun maliyyə resurslarına çıxış imkanının artırılması məqsədilə AMB və AYİB arasında ümumi məbləği 200 mln. dollar olan svop müqaviləsi bağlanıb. Bu məbləğin 50 mln. dollar, yəni 85 mln. manat ekvivalentinin cari ildə müvəqqəti çətinliklərlə üzləşən yerli şirkətlərə, xüsusilə də nisbətən kiçik şirkətlərə verilməsi nəzərdə tutulmuşdu.

Xatırladaq ki, AYİB bu günə qədər Azərbaycana 172 layihə üzrə 3,4 mlrd. avroya yaxın maliyyə vəsaiti ayırıb. Hazırda bankın Azərbaycandakı aktiv portfeli 38 layihə üzrə 1,4 mlrd. avro təşkil edir. Bundan başqa, AYİB kiçik və orta biznesə məsləhət xidmətləri və 1 000-dən çox şirkətə isə dəstək göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR