"AccessBank"ın sədri vəzifəsini tərk edir

"AccessBank"ın sədri vəzifəsini tərk edir
  • Clock-gray 09:58
  • calendar-gray 25 Noyabr 2020

"AccessBank"ın İdarə Heyətinin tərkibindəki dəyişiklik edilib. Bankın İdarə Heyətinin sədri Anar Həsənov bu ilin dekabr ayının sonunda tutduğu vəzifəni tərk edir.

Bu barədə "APA-Economics"ə "AccessBank"dan bildirilib.

"Anar Həsənov 2002-ci ildə bankda əmək fəaliyyətinə başlamış ilk əməkdaşlardan biridir. O, 2018-ci ildə İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Anar Həsənovun bankdan ayrılmasından sonra İdarə Heyətinin yeni sədrinin seçilib, bankın beynəlxalq səhmdarları və Mərkəzi Bank tərəfindən təsdiqlənməsinədək sədr vəzifəsini Yevgeniya Qaşikulina icra edəcək", - bankdan bildirilib.

Qeyd edək ki, A. Həsənov fəaliyyətini "Yelo Bank"da davam etdirəcək.

APA-Economics

Digər xəbərlər