"Aeroflot"un xalis zərəri 1 mlrd. dolları ötüb

"Aeroflot"un xalis zərəri 1 mlrd. dolları ötüb
# 01 dekabr 2020 16:19 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Rusiyanın "Aeroflot" şirkətinin gəliri illik ifadədə 55,3% azalaraq 234,213 mlrd. rubl (3,081 mlrd. ABŞ dolları) təşkil edib. Aviaşirkətin xalis zərəri ötənilki 20,305 mlrd. rubl (267,123 mln. dollar) mənfəət qarşı 79,406 mlrd. rubl (1,044 mlrd. dollar) olub.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Hesabat dövründə EBITDA (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəətdir) üzrə göstərici 78% azalaraq 31,180 mlrd. rubla (410,190 mln. dollar) düşüb.

Cari ilk on ayında "Aeroflot"un kreditlərinin həcmi 4,2 dəfə artaraq 65,8 mlrd. rubla (865,9 mln. dollar), o cümlədən qısamüddətli kreditlər 3,4 dəfə artaraq 42,3 mlrd. rubla (556,7 mln. dollar) çatıb.

Qeyd edək ki, "Aeroflot"un tərkibinə eyni adlı aviaşirkəti ilə yanaşı "Rusiya", "Pobeda" və "Avrora" aviadaşıyıcıları da daxildir. "Aeroflot"un səhmlərinin 57,34%-i dövlətə məxsusdur. Səhmlərin 0,05%-i şirkət rəhbərliyinə məxsusdur, 40,65%-i sərbəst dövriyyədədir, 1,96%-i isə xəzinə səhmləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR