"Aeroflot"un xalis zərəri 326 mln. dollara çatıb

"Aeroflot"un xalis zərəri 326 mln. dollara çatıb
  • Clock-gray 12:27
  • calendar-gray 02 İyun 2020

Rusiyanın "Aeroflot" şirkətinin MHBS (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları) üzrə xalis zərəri bu ilin I rübdə illik müqayisədə 43% artaraq 22,5 mlrd. rubla (326 mln. ABŞ dolları) çatıb.

"APA-Economics"in "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, EBITDA (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) üzrə göstərici 39% azalaraq 13 mlrd. rubla (188,3 mln. dollar) düşüb. Gəlir 10% azalaraq 123,9 mlrd. rubl (1,8 mlrd. dollar) təşkil edib.

Aviaşirkətin əməliyyat xərcləri 5% azalaraq 137 mlrd. rubl (1,984 mlrd. dollar), o cümlədən yanacaq üzrə xərcləri 12% azalaraq 38,6 mlrd. rubla (560 mln. dollar) olub.

Hesabat dövründə "Aeroflot"un qısamüddətli kreditlərinin həcmi 3,3 dəfə artaraq 41,5 mlrd. rubla (602 mln. dollar) çatıb. Aprel-may aylarında şirkət 36 mlrd. rubl (522 mln. dollar) həcmində kredit cəlb edib, həmçinin "Alfa Bank"dan aldığı 7 mlrd. rubl (102 mln. dollar) həcmində krediti restrukturizə edib.

Aprel-may aylarında uçuşların demək olar ki, tamamilə dayandırılması şirkətin II rübdə maliyyə göstəricilərinin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb ola bilər. Lakin "Aeroflot" tədricən uçuşları bərpa edir.

 

APA-Economics

Digər xəbərlər