Alim Quliyev: "Yeni qanun layihəsi "fintex"lərin ödəniş xidmətlərinin göstərilməsi imkanlarını genişləndirəcək"

Alim Quliyev: "Yeni qanun layihəsi "fintex"lərin ödəniş xidmətlərinin göstərilməsi imkanlarını genişləndirəcək"
# 28 yanvar 2021 10:39 (UTC +04:00)

"2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" çərçivəsində Mərkəzi Bank hökumətə "fintex"lər tərəfindən ödəniş xidmətlərinin göstərilməsi imkanlarını genişləndirəcək qanun layihəsi təklif edib.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Alim Quliyev "Fintex Summit Online" ("Maliyyə və Texnologiyalar Sammiti") tədbirində çıxış edərkən deyib.

Onun sözlərinə görə, sözügedən qanun layihəsi bank olmayan ödəniş xidmətləri təchizatçıların ödəniş xidmətləri bazarlarına daxil olması, fəaliyyətlərinin tənzimlənməsi və təşkilati strukturları məsələlərini əhatə edən hüquqi əsaslar yaradır: “Qanun qüvvəyə mindikdən sonra açıq bankçılığın hüquqi aspektləri, "fintex"lərin yeni məhsullar təklif etməyə imkan verən "sendbox" rejimi imkanlarının yaradılması nəzərdə tutulub. Qanun qəbulu ölkədə ödəniş ekosisteminin inkişafının, banklarla sıx əməkdaşlıq və azad rəqabət şəraitində "fintex"lər tərəfindən ödəniş xidmətlərinin göstərilməsi imkanlarını daha da genişləndirəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR