Almaniya hökuməti 130 mlrd. avroluq stimullaşdırıcı paket hazırlayır

Almaniya hökuməti 130 mlrd. avroluq stimullaşdırıcı paket hazırlayır
# 04 iyun 2020 10:52 (UTC +04:00)

Kansler Angela Merkelin rəhbərlik etdiyi koalisiya Almaniya iqtisadiyyatının COVID-19 pandemiyasından sonrakı bərpasını sürətləndirmək üçün stimullaşdırıcı paket üzrə razılaşıb.

"APA-Economics"in “Reuters”ə istinadən verdiyi məlumata görə. Angela Merkel mediaya açıqlamasında bildirib ki, sözügedən paket 130 mlrd. avro (146 mlrd. dollar) həcmində olacaq və bura istehlakı artırmaq üçün Əlavə Dəyər Vergisinin (ƏDV) daha da azaldılması tədbirləri də daxildir.

Kansler qeyd edib ki, paket 2020-2021-ci illər üçün nəzərdə tutulub və bu məbləğin 120 mlrd. avrosu federal hökumət tərəfindən ödəniləcək.

A. Merkel əlavə edib ki, 1 iyul tarixindən başlayaraq altı ay ərzində ölkədə ƏDV 19%-dən 16%-ə endiriləcək və bu Almaniyaya 20 mlrd. avroya başa gələcək. Bundan əlavə, stimullaşdırıcı paketə həm də ailələrə kömək məqsədilə hər bir uşağa birdəfəlik, 300 avro məbləğində təqaüd həmçinin elektrikli avtomobillərin satışını təşviq etmək üçün stimulun ikiqat artırılması da daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR