Almaniya iqtisadiyyatı ötən il 5% azalıb

Almaniya iqtisadiyyatı ötən il 5% azalıb
# 14 yanvar 2021 15:05 (UTC +04:00)

2020-ci ildə Almaniya iqtisadiyyatı COVID-19 pandemiyası səbəbindən gözləniləndən az olsa da 5% azalma yaşayıb.

"APA-Economics"in “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu məlumat ölkənin statistika idarəsinin dərc etdiyi ilkin göstəricilərində əks olunub.

Qeyd edilir ki, ÜDM-in azalması “Reuters”in 5,1%-lik azalma proqnozundan və 2009-cu böhranlı ildə qeydə alınan 5,7%-lik azalmadan daha yumuşaq olub.

Hesabat ilində Almaniyanın ixracı 10%-ə yaxın, idxalı isə 8,6% azalıb. Nəticədə, ölkənin müsbət ticarət saldosu və tədiyə balansının cari əməliyyatlar hesabının profisiti daralıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR