Almaniya iqtisadiyyatı son 50 ilin ən böyük resessiyası ilə üzləşə bilər

Almaniya iqtisadiyyatı son 50 ilin ən böyük resessiyası ilə üzləşə bilər
# 08 aprel 2020 15:38 (UTC +04:00)

Almaniya iqtisadiyyatı 2020-ci ilin II rübündə 9,8% kiçilə bilər və bu 1970-ci ildən bəri ən böyük kiçilmədir.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, Almaniyanın İqtisadi Tədqiqatlar İnstitutu (IFO) bu proqnozu COVİD-19 pandemiyasının yaratdığı iqtisadi problemlərin fonunda verib. İFO-nun mütəxəssislərinin fikrincə, vəziyyət belə davam edərsə tənəzzül daha dərin olacaq və ondan sonra gələn bərpa prosesinin sürəti ləng olacaq. Bundan əlavə, Almaniya hökuməti üçün müəssisələrin iflas etməməsinin qarşısını almaq daha da çətinləşəcək.

Qeyd edək ki, ilkin hesablamalara görə, ölkənin iqtisadiyyatı bu ilin I rübündə 1,9% kiçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR