Argentina ölkə tarixinin doqquzuncu defoltunu yaşayır

Argentina ölkə tarixinin doqquzuncu defoltunu yaşayır
  • Clock-gray 15:04
  • calendar-gray 22 May 2020

Argentina 65 mlrd. ABŞ dolları məbləğində olan dövlət borcunun restrukturizasiyası təklifinin etibarlılığını iyununu 2-dək uzadıb, ölkə hökuməti kreditorlarla danışıqları davam etdirir.

"APA-Economics"in "The Financial Times"a istinadən verdiyi məlumata görə, buna baxmayaraq, mayın 22-də 500 mln. dollarlıq Argentina istiqrazlarının üç buraxılışı üzrə faizlərin ödənilməsi üçün güzəşt müddəti (30 gün) başa çatır.

Argentinanın kreditorlarla razılığı olmadıqda ödənişləri həyata keçirə bilməməsi defolt deməkdir. Bu, ölkə tarixində sayca doqquzuncu defolt olacaq. Argentina istiqrazlarının sahibləri və Argentina hökuməti defoltdan sonra danışıqları davam etdirəcək, lakin tərəflər razılığa gəlməkdən hələ də uzaqdır.

APA-Economics

Digər xəbərlər