Avronun manata qarşı məzənnəsi 31 aylıq maksimuma çatıb

Avronun manata qarşı məzənnəsi 31 aylıq maksimuma çatıb
# 02 dekabr 2020 14:51 (UTC +04:00)

Dekabrın 2-də avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 2,0535 manata çatıb ki, bu da son 31 ay ərzində ən yüksək göstəricidir.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, avronun manata qarşı məzənnəsi sonuncu dəfə bu səviyyədən yuxarı 2018-ci ilin 30 aprel tarixində qeydə alınıb – 2,0618 manat.

Xatırladaq ki, AMB-nin bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının manata qarşı məzənnəsi dəyişməyərək 1,7000 manat, 1 türk lirəsi isə 0,2171 manat təşkil edib. 1 Rusiya rublu 0,0224 manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR