Avronun manata qarşı məzənnəsi beşaylıq minimuma enib

Avronun manata qarşı məzənnəsi beşaylıq minimuma enib
  • Clock-gray 09:30
  • calendar-gray 29 Mart 2021

Martın 29-da avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 2,0032 manata enib. Bu, son beş ayda qeydə alınan ən aşağı göstəricidir.

"APA-Economics"in hesablamalarına görə, sonuncu dəfə avronun manata qarşı məzənnəsinin bundan aşağı səviyyəsi 2020-ci ilin noyabrın 12-də qeydə alınıb – 2,0009 manat.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 4,4% dəyər itirib.

Xatırladaq ki, Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 türk lirəsi 0,2105 manata, 1 Rusiya rublun məzənnəsi isə 0,0224 manata enib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər