Avropa Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

Avropa Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib
# 10 dekabr 2020 17:06 (UTC +04:00)

Avropa Mərkəzi Bankı İdarə Heyəti əsas faiz dərəcələrini dəyişməz saxlayıb.

"APA-Economics"in Avropa Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, yenidən maliyyələşdirmə əməliyyatları üzrə faiz dərəcələrinin və marjinal kredit vermə və depozit obyekti üzrə faiz dərəcələrinin dəyişməz müvafiq olaraq 0%, 0,25% və -0,5% səviyyəsində qalması qərarı verilib.

Avropa Mərkəzi Bankı inflyasiyanın proqnoz müddətində 2%-ə yaxınlaşdığını görənədək bütün dərəcələri mövcud səviyyədə və ya altında saxlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR