Avrozona iqtisadiyyatı IV rübdə 0,7% azalıb

Avrozona iqtisadiyyatı IV rübdə 0,7% azalıb
  • Clock-gray 09:57
  • calendar-gray 03 Fevral 2021

2020-ci ilin IV rübündə Avrozona iqtisadiyyatı 0,7%, Avropa İttifaqı (Aİ) ölkələrinin iqtisadiyyatı isə 0,5% azalıb.

Bu barədə "APA-Economics" "Eurostat"ın ilkin məlumatlarına istinadən xəbər verir.

Mənfi dinamika COVID-19 pandemiyası ilə bağlı yeni məhdudlaşdırıcı tədbirlərlə əsaslandırılır. İlkin qiymətləndirməyə görə, 2020-ci ildə Avrozonada ÜDM istehsalı 6,8%, Aİ-də isə 6,4% azalıb.

Qeyd edək ki, IV rübdə ÜDM-in azalma tempinin ən kəskin olduğu ölkələr İspaniya (-9,1%), Avstriya (-7,8%) və İtaliya (-6,6%) olub. İqtisadiyyatı ən az təsirlənən ölkələr isə Litva (-1,3%) və Latviya (-1,7%) göstərilir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər