Avrozona iqtisadiyyatı rekord səviyyədə azalıb

Avrozona iqtisadiyyatı rekord səviyyədə azalıb
# 08 sentyabr 2020 15:26 (UTC +04:00)

Bu ilin II rübündə Avrozona iqtisadiyyatı ötən ilin eyni rübü ilə müqayisədə 14,9%, bu ilin I rübü ilə müqayisədə isə 11,8% azalıb.

"APA-Economics"in "Eurostat"a istinadən verdiyi məlumata görə, bu, hesablamaların aparılmasının başladığı 1995-ci ildən bəri ən kəskin azalmalardır. Avrozonada ən kəskin rüblük ÜDM azalması İspaniya (-18,5%), Xorvatiya (-14,9%), Macarıstan (-14,5%), Yunanıstan (-14%), Portuqaliya (-13,9%) və Fransada (-13,8%) qeydə alınıb. Ən yüngül azalmalar isə Finlandiya (-4,5%), Litva (-5,5%), Estoniya (-5,6%), İrlandiya (-6,1%), Latviya (-6,5%) və Danimarkada(-6,9%) olub.

Qeyd edək ki, bu ilin I rübündə Avrozona iqtisadiyyatı rüblük ifadədə 3,7%, illik ifadədə isə 3,2% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR