Avrozonada ÜDM bu il 8,7% azalacaq - PROQNOZ

Avrozonada ÜDM bu il 8,7% azalacaq - PROQNOZ
# 05 iyun 2020 12:24 (UTC +04:00)

Avropa Mərkəzi Bankının yeni proqnozuna əsasən, 2020-ci ildə Avrozonada ÜDM 8,7% azalacaq.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, təkcə bu ilin II rübündə regionda iqtisadiyyatın 13% azalacağı proqnozlaşdırılır. 2021-ci ildə Avrozonada bərpa prosesinin baş verəcəyi gözlənilir və ÜDM-in 5,2%, 2022-ci ildə isə 3,3% artacağı gözlənilir.

Bankın proqnozuna görə, iqtisadiyyatın daralmasının əsas səbəbi mart ayında əksər Avrozona ölkələrində tətbiq olunan ciddi karantin məhdudiyyətləridir. Bank qeyd edir ki, karantin rejiminin regionun bir çox ölkəsində yumşaldılmasına baxmayaraq, rejim iqtisadi azalmanın əsas lokomotivi olaraq qalır.

Bundan başqa, Avropa Mərkəzi Bankının yeni baza ssenarisinə əsasən, Avrozonada inflyasiyanın səviyyəsi 2020-ci ildə 0,3%, 2021-ci ildə 0,8%, 2022-ci ildə isə 1,3% təşkil edəcək.

Qeyd edək ki, Avropa Mərkəzi Bankının rəhbəri Kristina Laqardın sözlərinə görə, bankın əsas məqsədi Avrozonada inflyasiyanı 2%-dən bir qədər aşağı səviyyədə saxlamaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR