Avrozonada inflyasiya sürətlənib

Avrozonada inflyasiya sürətlənib
# 31 mart 2021 14:15 (UTC +04:00)

Bu ilin mart ayında Avrozonanın 19 ölkəsində, ilkin hesablamalara görə, inflyasiya bir ay əvvəlki 0,9%-dən 1,3%-dək sürətlənib.

APA-Economics” xəbər verir ki, bu barədə Avropa Statistika Agentliyinin hesabatında deyilir.

“DailyFx” portalı tərəfindən aparılan sorğunun nəticələrinə görə, bu göstərici analitiklərin proqnozu ilə üst-üstə düşüb.

Ötən ilin mart ayında Avrozonada illik inflyasiya 0,7% səviyyəsində idi.

İllik inflyasiya, ilkin qiymətləndirmələrə görə, fevraldakı 1,1%-ə qarşı martda 0,9% təşkil edib. Analitiklər bu göstəricinin 1,1% səviyyəsində olacağını gözləyirdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR