Avrozonada inflyasiyanın artımı proqnozlaşdırılır

Avrozonada inflyasiyanın artımı proqnozlaşdırılır
# 29 noyabr 2019 16:34 (UTC +04:00)

Avrozonada illik inflyasiyanın 2019-cu ilin noyabr ayında 1% olacağı gözlənilir.

APA-Economics”in “Eurostat”ın yeni dərc etdiyi hesabatına istinadən verdiyi məlumata görə, oktyabr ayında bu göstərici 0,7% bərabər olub.

Avrozonada inflyasiyanın əsas komponentlərinə nəzər salsaq, ərzaq, alkoqol və tütün məmulatlarının qiymətlərinin noyabr ayında ən yüksək olacağı gözlənilir – 2% (oktyabrda bu göstərici 1,5%-ə bərabər olub).

Bununla yanaşı xidmət sektorunda inflyasiyanın 1,9% (oktyabrda 1,5% olub), qeyri-neft sənayesində isə 0,4% (oktyabrda 0,3%) təşkil edəcəyi gözlənilir. Enerji məhsullarında isə noyabrda 3,2%-lik deflyasiyanın olacağı proqnozlaşdırılır (oktyabrda deflyasiya 3,1% olub).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR