Avrozonanın builki büdcə kəsiri 10 dəfə artaraq 976 mlrd. avroya çatacaq

Avrozonanın builki büdcə kəsiri 10 dəfə artaraq 976 mlrd. avroya çatacaq
# 19 oktyabr 2020 11:56 (UTC +04:00)

Yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhrana qarşı tətbiq edilən fövqəladə tədbirlər səbəbindən bu il Avrozonanın 19 ölkəsinin ümumi büdcə kəsiri əvvəlki ilə nisbətən 10 dəfə artaraq 976 mlrd. avroya və ya ÜDM-in 8,9%-nə çatacağı gözlənilir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Financial Times" Avropa Komissiyasının saytında dərc olunan sənədlərə istinadən xəbər verir.

Avropa Mərkəzi Bankının məlumatına görə, Avrozonada büdcə kəsirinin əvvəlki pik həddi 2010-cu ilin əvvəllərində qeydə alınmışdı – ÜDM-in 6,6%-i. Həmin vaxt bu, investorlarların narahatlığına səbəb olmuşdu və Avrozonadakı maliyyə vəziyyətini bir qədər də pisləşdirdi.

"UniCredit"in aparıcı iqtisadçılarından biri sayılan Marko Vallinin dediyinə görə, hazırkı vəziyyətdə hökumətlərin iqtisadiyyatı dəstəkləmək və uzunmüddətli zərəri azaltmaq üçün lazımi xərcləri davam etdirməkdən başqa bir yolu yoxdur.

Avropa İqtisadi Məsələlər üzrə Komissarı Paolo Centiloninin əvvəl dediyi kimi, pandemiyanın Avrozonada yaratdığı tənəzzül valyuta birliyi üçün təhlükə yaradır. Böhran gözləniləndən daha da dərinləşir və Avrozona ölkələrinin iqtisadi inkişafındakı fərqlər daha əhəmiyyətli hala gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR