Avrozonanın dövlət borcu tarixdə ilk dəfə ÜDM-in 100%-ni keçəcək - PROQNOZ

Avrozonanın dövlət borcu tarixdə ilk dəfə ÜDM-in 100%-ni keçəcək - PROQNOZ
# 05 noyabr 2020 14:53 (UTC +04:00)

Avrozona regionunda tarixdə ilk dəfə olaraq dövlət borcunun pandemiya səbəbindən 2020-ci ildə ÜDM-in 100%-ni keçəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə Avropa Komissiyasının payız proqnozunda deyilir.

Avropa Komissiyası 2020-ci ildə avro bölgəsində ÜDM-də azalma ilə bağlı proqnozunu əvvəlki 8,7%-dən 7,8%-dək yaxşılaşdırsa da, 2021-ci il üzrə 4,2%-dək pisləşdirib.

Qeyd olunur ki, 2020-ci ildə pandemiya səbəbindən Avropa İttifaqında ÜDM istehsalı 7,4% azalacaq, 2021-ci ildə isə bərpa olaraq 4,1% artacaq.

Avropa Komissiyası pandemiya ilə əlaqədar 2020-ci il üzrə qlobal iqtisadi tənəzzül proqnozunu 3,8%-ə endirib. 2021-ci ildə isə qlobal ÜDM istehsalının 4,7% artacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR