"AvtoVAZ" ötən il 196 mln. avro xalis zərər edib

"AvtoVAZ" ötən il 196 mln. avro xalis zərər edib
# 19 fevral 2021 14:26 (UTC +04:00)

Beynəlxalq Maliyyə Hesabatı Standartlarına əsasən, 2020-ci ildə “AvtoVAZ” bir il əvvəlki 72 mln. avro mənfəətə qarşı 196 mln. avro məbləğində xalis zərərlə qarşılaşıb.

APA-Economics” xəbər verir ki, bu barədə Volqa Avtomobil Zavodunun əsas səhmdarı olan Fransanın “Renault” şirkətinin maliyyə hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, şirkətin 2020-ci ildəki əməliyyat mənfəəti təqribən 2019-cu ilin səviyyəsində qalıb – 130 mln. avroya qarşı 129 mln. avro, vergilərə qədər mənfəəti 3,6 dəfə – 77 mln. avroyadək artıb, əsaslı xərcləri 27% artaraq 172 mln. avroya çatıb, gəlirləri isə 17% azalaraq 2,8 mlrd. avro təşkil edib.

“Renault”nun hesabatına görə, “AvtoVAZ”ın uzunmüddətli öhdəlikləri 2020-ci ildə 22% artaraq 1,122 mlrd. avroya, qısamüddətli öhdəlikləri isə 18% artaraq 1,021 mlrd. avroya çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR