“AzerGold” istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

“AzerGold” istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
  • Clock-gray 17:42
  • calendar-gray 30 Noyabr 2020

Bakı Fond Birjasında “AzerGold” QSC-nin AZ2002019878 dövlət qeydiyyat nömrəli, 10.000.000,00 ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 37 investor tərəfindən qiymət intervalı 100.0000 (4.00%) və 103.4239 (3.00%) olan 46 sifariş təqdim edilib. Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 102.0681 (3.50%), orta ölçülmüş qiyməti 102.4759 (3.35%) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 18,443,000.00 ABŞ dolları təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10,000,000.00 dollar təşkil edib.

Qeyd edək ki, 24 sentyabr tarixində “AzerGold” QSC-nin istiqrazlarının birinci tranş üzrə 10 000 000 dollar həcmində olan yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilib və orta ölçülmüş qiyməti 101.7493 (3.38%) müəyyən edilib.

Hüseyn Vəliyev

Digər xəbərlər