"AzerGold"un xalis mənfəəti 55% artıb

"AzerGold"un xalis mənfəəti 55% artıb
# 01 iyul 2020 17:15 (UTC +04:00)

"AzerGold" QSC 2019-cu ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

QSC-dən "APA-Economics"ə verilən məlumata görə, müstəqil auditor şirkəti tərəfindən aparılan maliyyə yoxlamaları nəticəsində müsbət rəy verilən maliyyə hesabatlarına əsasən Səhmdar Cəmiyyətin ötən ili də yüksək gəlir və mənfəətlə başa vurduğu, bütün göstəricilər üzrə mövqeyini daha da möhkəmləndirdiyi öz təsdiqini tapıb.

Hesabata əsasən, 2019-cu ildə 2018-ci illə müqayisədə Cəmiyyətin qızıl hasilatında 21,4%, gümüş hasilatında isə 33, % artım qeydə alınıb.

"AzerGold"un maliyyə hesabatında qeyd edildiyi kimi, hesabat ili ərzində dünya bazarlarında qızıl və gümüşün qiymətinin artması fonunda qiymətli metalların satışından ölkə iqtisadiyyatına 86,2 mln. ABŞ dolları həcmində vəsait cəlb edilmişdir ki, bu da 2018-ci illə müqayisədə 48% (27,8 mln. dollar) daha çoxdur.

Nəticədə, QSC-nin xalis mənfəəti 2018-ci illə müqayisədə 55% artaraq 12,4 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR