"Azercell" fəaliyyət dövründə dövlət büdcəsinə 1,845 mlrd. manat köçürüb

"Azercell" fəaliyyət dövründə dövlət büdcəsinə 1,845 mlrd. manat köçürüb
# 21 fevral 2020 12:10 (UTC +04:00)

Azərbaycanın aparıcı mobil rabitə operatoru "Azercell Telekom" 2019-cu ildə dövlət büdcəsinə 112 mln. manat ödəniş həyata keçirib.

"APA-Economics"in məlumatına görə, bunu "Azercell"in ötən ilin yekunlarına dair təşkil etdiyi konfransda çıxış edən şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, ümumilikdə, 23 il ərzində bu rəqəm 1,845 mlrd. manat olub.

"Şirkət tərəfindən ölkənin telekommunikasiya sahəsinin inkişafına ötən il 94,5 mln. ABŞ dollarından çox, ümumilikdə isə 1,621 mlrd. dollardan artıq sərmayə yatırıb. 2019-cu ildə sosial layihələrə ümumilikdə 253 min dollardan artıq vəsait sərf edilib ki, bu göstərici 23 il ərzində 19 mln. dolları ötüb", - deyə V. Mürsəliyev qeyd edib.

V. Mürsəliyev onu da əlavə edib ki, 2019-cu il ərzində "Azercell" 1 617 ədəd yeni radio baza stansiyası (RBS) qurub ki, bunlardan 1 217 ədədi 4G şəbəkəsini dəstəkləyir: "Şəbəkə vasitəsilə ötürülən internet trafikin həcmi 304% artıb. Ötən ilin sonu şirkət tərəfindən ölkədə və Cənubi Qafqazda ilk 5G pilot şəbəkəsi istifadəyə verildi".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR