"Azercell" ötən il sosial layihələrə 2,6 mln. dollar xərcləyib

"Azercell" ötən il sosial layihələrə 2,6 mln. dollar xərcləyib
# 05 mart 2021 17:00 (UTC +04:00)

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" şirkəti 2020-ci ildə insan kapitalının inkişafına təxminən 700 min ABŞ dolları vəsait sərf edib ki, bu göstərici ümumilikdə şirkətin fəaliyyət dövründə (1996-2020-ci illər ərzində) 26 mln. dollar təşkil edib.

"Azercell"dən "APA-Economics"ə verilən məlumata görə, ötən il şirkət tərəfindən sosial layihələrə 2,6 mln. dollarından çox vəsait xərclənib. Bu göstərici son 24 il ərzində 21,8 mln. dolları ötüb.

Şirkət güclü korporativ idarəçilik və mədəniyyətin, insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafı kimi 2020-ci il ərzində keçirilmiş audit nəticəsində bu ilin əvvəlində MDB məkanında ilk olaraq İnsana Sərmayə standartının ən yüksək Platin sertifikatına yiyələndi (IIP Platinum).

2020-ci ildə operatorun abunəçi bazası 5 milyona çatıb. Abunəçilərin 74%-dən çoxu smartfon istifadəçiləridir ki, bu da say etibarı ilə 3,9 mln. təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR