"Azexport" portalına daxil olan ixrac sifarişləri azalıb

"Azexport" portalına daxil olan ixrac sifarişləri azalıb
# 02 aprel 2020 11:41 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azexport.az portalına 102,9 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,3% azalma müşahidə olunub.

Bu ilin fevral ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri 60,8 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 12,8% çoxdur.

Fevral ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, toyuq yumurtası, sarımsaq, kartof, tütün, toyuq əti, şərab, qənnadı məhsulu, çay, nar konsentratı və şərabı, mebel dəsti, tikinti materialı, fındıq ləpəsi, kosmetik vasitə, alma, soğan, boya, göbələk və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 29 fevral tarixinədək (38 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 687,7 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR