"Azexport" portalına daxil olan ixrac sifarişləri azalıb

"Azexport" portalına daxil olan ixrac sifarişləri azalıb
  • Clock-gray 11:12
  • calendar-gray 31 Mart 2021

Bu ilin yanvar-fevral aylarında "Azexport" portalına 89,2 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,3% azalıb.

Cari fevral ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 35,3 mln. dollar təşkil edib ki, bu da yanvar ayının göstəricisindən 34,5% azdır.

Fevralda portala ən çox ixrac sifarişi tütün, şəkər tozu, fındıq ləpəsi, günəbaxan yağı, biyan kökü, çay, şərab, toyuq yumurtası, meyvə şirəsi, kosmetik vasitə, mühərrik yağı, qənnadı məhsulu, pambıq, toyuq əti, zəfəran, sarımsaq və s. mallara daxil olub.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 28 fevral tarixinədək (50 ay ərzində) Azexport.az portalına dünyanın 143 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,28 mlrd. dolları üstələyib.

Hüseyn Vəliyev

Digər xəbərlər