"Azexport" portalına daxil olan ixrac sifarişləri sentyabrda 40% azalıb

"Azexport" portalına daxil olan ixrac sifarişləri sentyabrda 40% azalıb
  • Clock-gray 15:44
  • calendar-gray 03 Noyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında Azexport.az portalına 462,4 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

"APA-Economics"in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda deyilir.

Qeyd olunub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% çoxdur. 2020-ci ilin sentyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 33 mln. dollar təşkil edib və ötən ilin sentyabr ayı ilə müqayisədə 11%, bu ilin avqust ayı ilə müqayisədə isə 39,9% azdır.

Son 45 ay ərzində portala daxil ola sifarişlərin ümumi dəyəri 2 047,2 mln. dollara bərabər olub.

Hüseyn Vəliyev

Digər xəbərlər