Azərbaycan Beynəlxalq Bankı bəxşişi nağdsız ödəməyə imkan yaradıb

Azərbaycan Beynəlxalq Bankı bəxşişi nağdsız ödəməyə imkan yaradıb
# 20 fevral 2020 11:30 (UTC +04:00)

Azərbaycanda nağdsız ödəniş ənənələrinin inkişafına daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı ödənişlərini nağdsız aparmağı sevən müştərilər üçün restoran və kafelərdə hesabdan əlavə bəxşişləri də kart vasitəsilə ödəmək imkanı yaradıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, Azərbaycan Beynəlxalq Bankı Azərbaycanda geniş yayılan ofisiantlara sifarişin haqqından əlavə bəxşişin ödənilməsi ənənəsini nəzərə alaraq, ölkədə bu cür ödənişləri nağdsız aparmaq üçün bir neçə kafe və restorandakı POS-terminallarda pilot olaraq yeni funksiyanın tətbiqinə başlamaqla bu məhdudiyyəti aradan qaldırıb. Bankla tərəfdaşlıq edən həmin xidmət məkanlarında bu funksiya artıq işləkdir.

Yeni funksiya “BƏXŞİŞ” adlanır. Müştəri sifarişinin haqqını kartla ödədikdən sonra istəyinə uyğun olaraq POS terminaldakı “BƏXŞİŞ” menyusuna keçid alır. Ödəmək istədiyi bəxşişin faiz dərəcəsini göstərib əməliyyatı tamamlayır. Bu yenilik həm təsərrüfat-xidmət obyektləri, həm də kart sahibləri üçün müştəri məmnuniyyəti yaradacaq və nağdsız ödəniş ənənələrinə daha bir töhfə verəcək. Yaradılmış yeni imkan turizmə əlavə dəstək verəcək, ölkəmizə gələn xarici turistlərin rahatlığı baxımından da faydalı olacaq.

Xidmətdən yararlanmaq istəyən təsərrüfat-xidmət obyektlərinin sahibləri POS terminalların quraşdırılması üçün bankın 937 nömrəli Məlumat Mərkəzinə müraciət edə bilər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR