Azərbaycan Beynəlxalq Bankı sahibkarlara daha bir imkan yaradıb

Azərbaycan Beynəlxalq Bankı sahibkarlara daha bir imkan yaradıb
# 17 yanvar 2020 14:18 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin işini asanlaşdırmaqdan ötrü daha bir imkan yaradıb. Bankın onlar üçün təqdim etdiyi “Sahibkart” plastik kartına malik hər kəs indi öz hesabına “E-manat” terminalları vasitəsilə vəsait mədaxil edə bilər.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, mədaxil əməliyyatını həm şəxsiyyət vəsiqəsinin FİN kodu, həm hesab nömrəsi, həm də 7 rəqəmli müştəri kodu vasitəsilə həyata keçirmək mümkündür. Bu xidmət respublika ərazisindəki bütün “E-manat” terminallarında keçərlidir. Ödəniş zamanı 100 manat məbləğinədək mədaxil üçün heç bir komissiya tutulmur.

“Sahibkart” məhsulunu hər bir fərdi sahibkar əldə edə və öz biznes fəaliyyətində bu kartlardan faydalana bilər. “Sahibkart” plastik kartları müştərilərin rahatlığına xidmət edir. Bu kartlardan yararlanan müştəri, ilk növbədə, vaxtına xeyli qənaət etmiş olur. Belə ki, hesaba daxil olmuş vəsaitlər haqqında məlumat almaq, hesab üzrə ödənişlər aparmaq, vəsaitləri nağdlaşdırmaqdan ötrü daha banka gəlməyə ehtiyac yoxdur. Müştəri “Sahibkart”la hesabını çox asan şəkildə idarə etmək imkanına malikdir. Vergi borclarını və başqa ödənişləri bu kartla internet üzərindən həyata keçirmək, onlayn alış-veriş aparmaq, hesabdakı pulu ATM-lərdə, yaxud POS-terminallarda nağdlaşdırmaq olar.

“Sahibkart” əldə etmək istəyən müştəriyə yeni hesab açıla və ya kart onun Bankda əvvəlcədən mövcud olan cari hesabına bağlana bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR