Azərbaycan Beynəlxalq Bankının aktivləri ötən il 16% artıb

Azərbaycan Beynəlxalq Bankının aktivləri ötən il 16% artıb
# 21 yanvar 2020 11:25 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankının aktivləri illik 16,3% artaraq cari il yanvarın 1-nə 9 223 361 min manat təşkil edib.

"APA-Economics"in bankın illik hesabatına istinadən verdiyi xəbərə görə, bu müddətdə müştərilərə verilən kreditlərin həcmi 23,5% artaraq 2 374 985 min manata çatıb. Kreditlərin 508 754 min manatını və ya 21,4%-ni istehlak kreditləri əhatə edib.

Hesabat dövründə bankın öhdəlikləri 16,4% artaraq 7 883 741 min manat olub. Depozit portfeli 29,3% artaraq 4 357 866 min manatdan 5 635 109 min manata yüksəlib. Depozit portfelinin 1 187 605 min manatı fiziki şəxslərin depozitlərinin payına düşüb.

1 yanvar 2020-ci il tarixinə bankın səhmdar kapitalı dəyişməyərək 1 224 478 min manat olub.

Bank 2019-cu ildə 302 316 min manat xalis mənfəət əldə edib ki, bu da 2018-ci il ilə müqayisədə 29% azdır. Bank ötən il 72 473 min manat mənfəət vergisi ödəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR