Azərbaycan Dünya Bankı və IFC ilə birgə beşillik investisiya strategiyası hazırlayır

Azərbaycan Dünya Bankı və IFC ilə birgə beşillik investisiya strategiyası hazırlayır
  • Clock-gray 12:45
  • calendar-gray 02 Dekabr 2020

Azərbaycanda Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə 2021-2025-ci illəri əhatə edəcək birbaşa investisiyaların cəlb edilməsinə dair strategiya hazırlanır.

"APA-Economics"in məlumatına görə, bunu "Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən onlayn "B2G Forum"da çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, strategiyada konkret olaraq birbaşa investisiyaların hansı sahələrə, hansı formada, hansı müddətə və şərtlərlə cəlb olunması olduqca önəmli yer tutur: "İnvestisiya strategiyasının hazırlanmasına ciddi mütəxəssislər cəlb olunub. Əlavə olaraq, bizim "Invest in Azerbaijan" mexanizmləri də hazırlanır və şirkətlərin qlobal dəyər zəncirinə qoşulması məsələsi müzakirə olunur. Biz bu işləri "McKenzy" şirkəti ilə birgə həyata keçiririk. İşlər gələn ilin ortalarında tamamlanacaq. Orada da çox maraqlı layihələr və mexanizmlər olacaq", - deyə Y. Abdullayev qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər